<

Xaricdə Azərbaycan vətəndaşlarının repatriasiyası və reabilitasiyası üçün İşçi Qrupu yaradılacaq

17:55 - 28 Oktyabr 2023

Xaricdə Azərbaycan vətəndaşlarının repatriasiyası və reabilitasiyası üçün İşçi Qrupu yaradılacaq

Xarici ölkədə çətin həyat şəraitində olan yetkinlik yaşına çatmayan Azərbaycan Respublikası vətəndaşlarının repatriasiyası və reabilitasiyası, fəaliyyət istiqamətlərinə uyğun olaraq, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi və Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən həyata keçiriləcək.

 

Manset.az xəbər verir ki, bu, Prezident İlham Əliyev imzaladığı fərmanla təsdiqlənən “Xarici ölkədə çətin həyat şəraitində olan yetkinlik yaşına çatmayan Azərbaycan Respublikası vətəndaşlarının repatriasiyası və reabilitasiyası Qaydaları” nda əksini tapıb.

Repatriantların repatriasiyası və reabilitasiyası üzrə tədbirlərin əlaqələndirilməsi məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən qeyd edilən dövlət orqanlarının (qurumlarının) nümayəndələrindən ibarət İşçi qrup yaradılacaq.

Bu Qaydalarda nəzərdə tutulan reabilitasiya tədbirləri readmissiya sazişləri əsasında Azərbaycan Respublikasına qaytarılan çətin həyat şəraitində yaşayan yetkinlik yaşına çatmayan şəxslərə də şamil edilir.


Xəbər xətti

3 Dekabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin