Gədəbəydə arvadını öldürmək istəyən şəxsə hökm oxundu

19:15 - 28 Sentyabr 2021

Gədəbəydə arvadını öldürmək istəyən şəxsə hökm oxundu

Gəncə Ağır Cinayətlər Məhkəməsində Gədəbəy rayonunda arvadını öldürməyə cəhddə təqsirli bilinən Rasim Məsimovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Manşet.az xəbər verir ki, hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə Rasim Məsimov 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, ötən il sentyabrın 25-də Gədəbəy rayonu ərazisində Qurudərə kənd sakini Z.Məsimovaya çoxsaylı bıçaq xəsarətlərinin yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Dərhal prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Aparılmış araşdırmalarla zərərçəkmişin keçmiş əri R.Məsimovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirməklə Z.Məsimovanı qəsdən öldürməyə cəhd edərək hadisə yerindən qaçmasına əsaslı şübhələr müəyyən edilib.

Daha sonra R.Məsimovun tutularaq istintaqa cəlb edilib.

İstintaq orqanı tərəfindən onun barəsində Cinayət Məcəlləsinin 29,120.2.4-cü (xüsusi amansızlıqla və ya təhlükəli üsulla adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.


Xəbər xətti

19 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin