Macarıstanın baş naziri Viktor Orban Avropa İttifaqının (Aİ) Ukraynadakı müharibə strategiyasının iflasa uğradığını bildirib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Viktor Orban bu barədə Brüsseldə Kossuth radiosuna danışıb.
Baş nazir Ukrayna-Rusiya müharibəsinə toxunaraq, xüsusilə, Ukraynaya maliyyə dəstəyi ilə bağlı Aİ liderləri arasında “böyük müharibə” olduğunu bildirib.
Orban qeyd edib ki, hazırda macar vergi ödəyicilərinin pullarını Ukraynaya göndərmək üçün heç bir səbəb görmür.
Həmçinin, ən böyük problem Brüsselin Rusiyaya qarşı mübarizədə Ukraynaya pul və hərbi yardım göndərmək strategiyasının uğursuzluğudur.
Orban, "Bu gün hamı bilir ki, bu strategiya iflasa uğrayıb, amma bunu yüksək səslə deməyə cəsarət etmirlər. Aydındır ki, bu işə yaramayacaq. Ukraynalılar cəbhədə qalib gəlməyəcək. Aİ-nin yeni plana ehtiyacı var”, - deyə qeyd edib.
Əfsanə
Manşet.az