Rusiyanın paytaxtı Moskvada İran və Rusiya rəsmiləri ilə görüşən Həmas rəsmisi Əbu Həmid girov götürdükləri israilli əsirləri atəşkəs əldə olunmayana qədər azad etməyəcəklərini söyləyib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, iclasda girov götürülən Rusiya və Müstəqil Dövlətlər Birliyi (MDB) vətəndaşlarının təxliyyəsi müzakirə edilib.
Əbu Həmid girovların azad edilməsinin zaman alacağını bildirib. Həmçinin, qeyd edib ki, oktyabrın 7-də İsraildən Qəzzaya aparılan girovların kimliyini müəyyən etmək üçün zamana ehtiyac var. Həmas rəsmisi girovların tapılması üçün sakit bir mühit tələb olunduğunu əlavə edib. Vurğulayıb ki, İsrailin hücumlarında təxminən 50 girov ölüb.
Əfsanə
Manşet.az