Tarixi daşları oğurlayan belçikalı qadının özünümüdafiəsi təəccübləndirdi

16:22 - 27 Oktyabr 2023

Tarixi daşları oğurlayan belçikalı qadının özünümüdafiəsi təəccübləndirdi

Antalya hava limanında Roma dövrünə aid 3 daşla tutulduğu üçün mühakimə olunan belçikalı Varre Mergitsin özünümüdafiəsi hər kəsi heyrətləndirib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, ilk məhkəmə iclasında Mergits daşları küçədən tapdığını və onların tarixi əsər olduğunu bilmədiyini söyləyib.

Beləki, Türkiyəyə tətilə gələn belçikalı cütlük Kim və Varre Mergits sentyabrın 16-da ölkələrinə qayıtmaq üçün gəldikləri Antalya Hava Limanında baqajlarında paltar və torbalara bükülmüş 3 daş olduğu şübhəsi ilə saxlanılıb.

Antalya Muzey Müdirliyi tərəfindən daşların araşdırılması zamanı onların Roma dövrünə aid olduğu müəyyən edilib.

Turist cütlüyü məhkəmə nəzarəti altında sərbəst buraxılarkən, səyahət qadağası qoyulub.

Antalya Respublika Baş Prokurorluğu tərəfindən Mergitsə qarşı "Mədəni və Təbiət Varlıqlarının Qorunması Qanununu pozmaq" ittihamı ilə iddianamə hazırlanıb.

Antalya 4-cü Ağır Cəza Məhkəməsi tərəfindən qəbul edilən iddianamədə Mergitsin Mədəniyyət və Təbii Sərvətlərin Mühafizəsi haqqında Qanunun 68-ci maddəsinə uyğun olaraq 12 ilə qədər həbs və 5 min günə qədər məhkəmə cəriməsi ilə cəzalandırılması tələb edilib.

İttiham aktında, həmçinin, hadisənin cəhd mərhələsində qalması istənilib.

Hakim qarşısında ilk müdafiəsini edən Mergits Belçikada xəstə baxıcısı olduğunu və sentyabr ayından sevgilisi ilə Türkiyədə olduğunu açıqlayıb.

Mergits, "Türkiyədə 3-4 dəfə olmuşam. Bu ölkəni çox sevirəm. O daşları küçədə tapdım. Onların tarixi əsər olduğunu bilmirdim. Hazırda çətin vəziyyətdəyəm. Türkcə bilmirəm, ölkəmə qayıtmaq istəyirəm. Çox təəssüf edirəm. Bazar günü anamın ad günüdür, oraya getmək istəyirəm" deyib.

Məhkəmə heyəti İl Mədəniyyət və Turizm Müdirliyinin iştirak tələbini qəbul edərək, müttəhim Mergitsin beynəlxalq səyahət qadağası və məhkəmə nəzarəti qərarını ləğv edib.

tarihi-taslar-ile-havalimaninda-yakalanan-belcikali-sokakta-buldum-tarihi-eser-oldugunu-bilmiyordum-7252-dhaphoto3.jpg

Əfsanə

Manşet.az


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv