Yunanıstanda 5,2 bal gücündə zəlzələ oldu

18:03 - 28 Sentyabr 2021

Yunanıstanda 5,2 bal gücündə zəlzələ oldu

Yunanıstanın Krit adasında 5,2 bal gücündə zəlzələ olub.

Sfera.az TASS-a istinadən xəbər verir ki, məlumatı Avropa Aralıq dənizi Seysmoloji Mərkəzi yayıb.

Yeraltı təkanlar əhalisinin sayı 137 min olan İraklion şəhərindən 18 km cənub-şərqdə qeydə alınıb. Zəlzələnin ocağı 2 km dərinlikdə yerləşib. İtki, xəsarət alan və dağıntı barədə hələlik məlumat yayılmayıb.

Qeyd edək ki, sentyabrın 27-də Yunanıstanın Kirit adasının cənubundakı Arvis bölgəsində 5,8 bal gücündə zəlzələ olub.


Xəbər xətti

13 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin