Türkiyədə Star TV-də yayımlanan “Ömer” və FOX TV-də yayımlanan “Bambaşka Biri” seriallarında Adnan Oktar cinayət təşkilatının qızları aldadaraq ələ keçirmələri əks olunub.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, hər iki serialda Oktarın komandasından olan kişilər ticarət mərkəzində bir qadına yaxınlaşaraq onu aldatmağa çalışması müzakirə olunacaq.
Qeyd edək ki, "Kedicik" sənədli filmi ilə yenidən gündəmə gələn qız gətirmə komandası seriallara mövzu olub.
Əfsanə
Manşet.az