ABŞ HƏMAS-İsrail müharibəsindən sonra Yaxın Şərqdəki bazalarına 900 əsgər göndərəcəyini açıqlayıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, ABŞ Müdafiə Nazirliyi, xüsusilə, İraq və Suriyadakı bazalarına hücumların artması səbəbindən bölgəyə əlavə qüvvələr göndərmək qərarına gəlib.
ABŞ Müdafiə Nazirliyinin sözçüsü briqada generalı Patrick Ryder açıqlamasında bu addımın daha geniş münaqişənin qarşısını almaq və ABŞ bazalarının müdafiəsini gücləndirmək üçün atıldığını qeyd edib.
Ryder əsgərlərin hara yerləşdiriləcəyi ilə bağlı təfərrüatları açıqlamayıb. Lakin onların İsrailə getməyəcəklərini təsdiq edərək bildirib ki, keçən həftə İraqda ABŞ əsgərlərinin yerləşdiyi bazalar 12, Suriyada isə 4 dəfə hədəfə alınıb.
Əfsanə
Manşet.az