Qurani-Kərimi yandıran Momika ilə bağlı İsveçdən qərar

10:52 - 27 Oktyabr 2023

Qurani-Kərimi yandıran Momika ilə bağlı İsveçdən qərar

Son aylarda İsveçdə Qurani-Kərimi yandıraraq təxribatlar törədən iraqlı Salvan Momikanın yaşayış vizasının müddəti bitdikdən sonra deportasiya edilməsinə qərar verilib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, bu barədə İsveç İmmiqrasiya İdarəsinin mətbuat katibi Jesper Tenqrot TV4 kanalına açıqlama verib.

Tenqrot Momikanın 16 aprel 2024-cü ilə qədər işləmək və yaşamaq icazəsinin olduğunu, lakin bu tarixdən sonra yaşayış və iş icazəsi verilməyəcəyini və Momikanın deportasiya ediləcəyini bildirib.   

Tenqrot bu qərarı Momikanın yalan ifadəsi səbəbiylə aldıqlarını ifadə edib:

"Biz bu şəxsin yaşamaq və iş icazəsi üçün viza müraciətində yalan ifadələr olduğunu aşkar etdik və bu səbəbdən onu deportasiya etməyə qərar verdik. Həmin şəxsin 5 il müddətinə İsveçə girişinə qadağa qoyuldu”.

Momikanın deportasiya qərarından şikayət edəcəyi və işi İmmiqrasiya Məhkəməsinə aparacağı gözlənilir.

Əfsanə

Manşet.az


Xəbər xətti

3 Yanvar 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin