İsrail HƏMAS-ın daha bir komandirini MƏHV ETDİ

01:02 - 27 Oktyabr 2023

İsrail HƏMAS-ın daha bir komandirini MƏHV ETDİ

İsrail ordusu oktyabarın 7-də başlayan hücumun planlaşdırılmasına görə məsuliyyət daşıyan HƏMAS rəsmisini zərərsizləşdirib.

 

Manset.az xəbər verir ki, ordu HƏMAS-ın qərargah rəisinin müavini Şadi Barudun öldürüldüyünü açıqlayıb.

Bildirilir ki, əməliyyat ölkənin Kosmik Agentliyi ilə birlikdə keçirilib. İsrail qırıcıları Şadi Barudun olduğu yerə zərbələr endirib.

Məlumata görə, HƏMAS-ın kəşfiyyat rəhbərinin müavini Şadi Barud başqa bir hərbi komandir Yəhya Sinvarla birlikdə 7 oktyabr hücumunun planlaşdırılmasına cavabdeh olub. Bundan əvvəl Şadi Barud Xan Yunisdəki HƏMAS batalyonuna komandanlıq edib və hücumların planlaşdırılması, informasiya təhlükəsizliyi və hərəkatın kəşfiyyatına görə məsuliyyət daşıyıb.


Xəbər xətti

27 Dekabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin