Yoluxanların sayında KƏSKİN FƏRQ - AÇIQLANDI

16:39 - 28 Sentyabr 2021

Yoluxanların sayında KƏSKİN FƏRQ - AÇIQLANDI

Azərbaycanda bu gün koronavirus infeksiyasına 885  yeni yoluxma faktı qeydə alınıb, 2114 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

 

Manset.az xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxmış 22 nəfər COVID-19-dan dünyasını dəyişib.

İndiyədək ölkədə ümumilikdə 482 286 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 455 082 nəfər müalicə olunaraq sağalıb, 6 498 nəfər vəfat edib, aktiv xəstə sayı 20706 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 525, ötən müddət ərzində isə ümumilikdə 4 839 863 test aparılıb.



Xəbər xətti

17 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin