Qətər ədliyyəsi 2022-ci ildən etibarən İsrail üçün casusluq ittihamı ilə mühakimə olunan 8 Hindistan dəniz qüvvələrinin keçmiş zabitini ölüm cəzasına məhkum etdiyini açıqlayıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, məsələ ilə bağlı məlumatı Hindistanın NDTV televiziyası verib.
Bildirilib ki, Qətər ədliyyəsi İsrailə casusluq ittihamı ilə mühakimə olunan 8 Hindistan donanmasının keçmiş zabitini ölüm cəzasına məhkum edib.
Hindistan Xarici İşlər Nazirliyi yazılı açıqlamada qərarı "dəhşətverici" olaraq xarakterizə edib:
"Ölüm cəzası bizi çox sarsıtdı. Təfərrüatlı qərarı gözləyirik. Ailə üzvləri və hüquq qrupu ilə təmasdayıq və bu barədə danışırıq. Bhüquqi variantları araşdırırıq”.
Qeyd edək ki, Hindistan Hərbi Dəniz Qüvvələrinin keçmiş üzvləri olan səkkiz hind zabiti 2022-ci ilin avqustunda Qətərdə sualtı qayıq layihəsi ilə bağlı İsrail üçün casusluq etdikləri səbəbi ilə həbs edilib.
Həbs edilən zabitlər ilk dəfə mart ayında məhkəmə qarşısına çıxarılıb.
Bunun ardınca Qətər rəsmiləri Hindistan donanmasının keçmiş personalının İsrailə casusluq etdiyi iddiası ilə bağlı əllərində dəlillər olduğunu bildirib.
Əfsanə
Manşet.az