<

İsrailin hədəfində Hadid bacılarına ölüm təhdidləri

18:44 - 26 Oktyabr 2023

İsrailin hədəfində Hadid bacılarına ölüm təhdidləri

Uzun illər Fələstinə verdiyi dəstək ilə tanınan məşhur modellər Bella Hadid və Gigi Hadid İsrailin hədəfinə çevrilib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Hadid ailəsi ölüm təhdidləri almağa başladıqlarını açıqlayıb. Hədid ailəsi təhdidlərə görə telefon nömrələrini dəyişdiklərini və nömrələrinin Fələstin əleyhdarı qruplar tərəfindən internetə sızdırıldığını bildirib.

Ailənin elektron poçt, sosial media və telefonla təhdid edildiyi vurğulansa da, ata Muhammed Hadidin təhdidlərə görə ABŞ təhlükəsizlik agentliyi FTB-yə müraciət etdiyi bildirilib.

Dünyaca məşhur Fələstin əsilli modellər Gigi Hadid və Bella Hadid bacıları ilk gündən İsrailin qırğınları ilə bağlı səsini ucaldan məşhurlar sırasında olub. 

Məşhur model Bella Hadid münaqişələrlə bağlı "Karyeram dayansa belə, Fələstini dəstəkləməyi heç vaxt dayandırmayacağam. İsrailin baş naziri Netanyahu yeni Hitlerdir!" məzmunlu paylaçım etmişdi.

28 yaşlı Gigi Hadid bir müddət əvvəl İsraillə bağlı paylaşım edərək "Mənim fələstinlilərə ümidlərim və arzularım var, lakin bunların heç birinə hətta bir yəhudiyə belə zərər vermək daxil deyil" ifadələrinə yer vermişdi.   

İsrail rəsmi hesabı Gigi Hadidin paylaşdığı "İsrail hökumətini qınamaq yəhudi düşmənçiliyi deyil, Fələstinlilərə dəstək HƏMAS-ı dəstəkləmək deyil" mesajına qarşı qalmaqallı hücum təşkil edib.

Əfsanə

Manşet.az

 

 

 


Xəbər xətti

29 Noyabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin