Qadın və Cəmiyyət Düşüncəsi analitik mərkəzinin rəhbəri Əbülfəzl İqbali televiziya proqramında “Hicab və Hiffət Qanunu” layihəsində geyim kodeksinə əməl etməyən kişilərin də cərimələnəcəyini açıqlayıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, onun sözlərinə görə, kişilər üçün cərimə miqdarı isə 6-50 milyon tümən arasında müəyyən edilib.
“Kişilərin hicabsızlığı qısa şalvarların və bədəni göstərən köynəklərin geyinməsi deməkdir”, - deyə, o, əlavə edib.
Qanun layihəsində kişilərin düzgün geyinmədiyi ilə bağlı hüquq mütəxəssisi və jurnalist Ümid Səlimi deyib:
“Məsələn, küçədə velosiped sürən şəxs ayaqlarını göstərən şalvarla gəzirsə, hökumətə 24 milyon tüməndən 50 milyon tümənə qədər cərimə ödəməlidir”.
Əfsanə
Manşet.az