Ucarda zəncirvari yol qəzası - xəsarət alan var

22:24 - 21 İyun 2021

Ucarda zəncirvari yol qəzası - xəsarət alan var

Ucarda xəsarətlə nəticələnən zəncirvari yol qəzası baş verib.

Manset.az xəbər verir ki, hadisə bu gün axsam saatlarında Bakı-Qazax əsas magistral yolunun Ucar rayonunun Qarabörk kəndindən keçən hissəsində qeydə alınıb.

Şəki rayon sakini, 1986-cı il təvəllüdlü Kamran Xəlilovun idarə etdiyi "FORD" markalı maşın, Sabirabad rayon sakini, 1969-cu il təvəllüdlü Murad Abbasovun idarə etdiyi "Mercedes" markalı minik maşını ilə "UAZ" markalı maşın toqquşub.

Nəticədə Beyləqan rayon sakini, 1988-ci il təvəllüdlü Elvin Allahverdiyev aldığı xəsarətlərlə Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Fakt araşdırılır.


Xəbər xətti

19 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin