“Bütün dövlətlər bu insanlıq faciəsinə qarşı səsini ucaltmalıdır” - Ərdoğan

14:45 - 26 Oktyabr 2023

“Bütün dövlətlər bu insanlıq faciəsinə qarşı səsini ucaltmalıdır” - Ərdoğan

Günlərdir İsrailə reaksiyasını bildirən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Katolik xristianların ruhani lideri və Vatikanın rəhbəri Papa Fransisklə telefonla danışıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Ərdoğan Roma Papasına Qəzzada baş verən insanlıq faciəsinə qarşı bütün dövlətlərin səsini ucaltması lazım olduğunu bildirib.

Ərdoğan İsrailin heç bir müqəddəs mətndə yeri olmayan Qəzzaya hücumlarının qırğın həddinə çatdığını, beynəlxalq ictimaiyyətin baş verənləri görməzdən gəlməsinin insanlıq üçün utanc verici olduğunu, bütün dövlətlərin bu insanlıq dramına qarşı səsini ucaltması lazım olduğunu bildirib.

Ərdoğan üç səmavi dinin müqəddəs məkanlarına ev sahibliyi edən bölgədə daimi sülhün ancaq 1967-ci il sərhədlərində, paytaxtı Şərqi Qüds olmaqla, müstəqil, suveren və coğrafi baxımdan inteqrasiya olunmuş Fələstin dövlətinin qurulması ilə mümkün olacağını söyləyib. Türkiyənin Qəzzaya humanitar və tibbi yardımların çatdırılması üçün böyük səylər göstərdiyini deyən Ərdoğan, yardımların mülki şəxslərə fasiləsiz çatdırılması üçün hər kəsin bu səylərə aktiv şəkildə dəstək verməsi lazım olduğunu bildirib.

Əfsanə

Manşet.az

 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv