<

Tibb işçilərinin əməkhaqlarına əlavə müddəti yenidən uzadıldı

10:11 - 26 Oktyabr 2023

Tibb işçilərinin əməkhaqlarına əlavə müddəti yenidən uzadıldı

Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına verilən əlavənin müddəti uzadılıb.

 

Manset.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı Qərar imzalayıb.

Qərara əsasən, müddət 2024-cü il yanvarın 2-dək uzadılıb.

Qeyd edək ki, bundan əvvəl bu müddət 2023-cü il oktyabrın 2-dək olan dövrü əhatə edib.


Xəbər xətti

29 Noyabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin