Azərbaycan klubu avrokuboka qələbə ilə başladı

20:26 - 25 Oktyabr 2023

Azərbaycan klubu avrokuboka qələbə ilə başladı

Avrokubokda debüt edən kişi voleybolçulardan ibarət “Xarı bülbül Şuşa” klubu bu gün ilk görüşünü keçirib. 

 

Manset.az  xəbər verir ki, Çelenc kubokunun 1/32 final mərhələsində komandamızın rəqibi Slovakiyanın “TJ Spartak MYJAVA” klubu olub. GİN-nin Voleybol Mərkəzində keçirilən birinci qarşılaşmada Şuşa təmsilçisi qonaqları hər üç setdə məğlub edərək matçın qalibi olub. 

Çelenc kuboku,  1/32 final (1-ci oyun)

“Xarı Bülbül Şuşa” - “TJ Spartak MYJAVA” 3:0 (25:23, 25:21, 27:25)

Qeyd edək ki, komandalar arasında cavab qarşılaşması tərəflərin razılığına əsasən sabah yenə Bakıda keçiriləcək. Görüş saat 18:00-da start götürəcək.


Xəbər xətti

28 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin