45 illik evlilik sona çatır: Məşhur cütlük boşanır - FOTO

19:38 - 25 Oktyabr 2023

45 illik evlilik sona çatır: Məşhur cütlük boşanır - FOTO

Oskar mükafatlı aktrisa Meril Strip 45 illik həyat yoldaşı Dom Qummerdən boşanır.

 

Manset.az xarici KİV-ə istinadən xəbər verir ki, 1978-ci ildə ailə quran cütlüyün 6 ildir  ayrıldığı deyilir.

Cütlüyün Henry, Mamie, Grace və Louisa Jacobson adlı dörd övladı var.

Bəzi mənbələr bildirir ki, onlar ayrılsalar da, cütlük həmişə bir-birinin qayğısına qalacaq.

Qey d edək ki, Meryl Streep, 22 iyun 1949-cu ildə anadan olub, televiziya və teatrda işləyən amerikalı aktrisadır.

Streep 1975-ci ildə Trelawny of the Wells tamaşasında Brodveydə debüt etdi. 1977-ci ildə "Ən ölümcül mövsüm" televiziya filmində rol alıb.  1978-ci ildə Holokost miniserialındakı roluna görə Görkəmli Baş Aktyor - Miniserial və ya Film üçün Emmi Mükafatını qazanıb və Ovçu filmindəki roluna görə ilk Oskar nominasiyasını alıb. Streep  28 Qızıl Qlobus üçün namizəd olub və onlardan səkkizini qazanıb.

Jalə

Manşet.az



Xəbər xətti

19 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin