Namiq Qaraçuxurluya qarşı dələduzluq edildi

17:12 - 25 Oktyabr 2023

Namiq Qaraçuxurluya qarşı dələduzluq edildi

Sosial şəbəkələrdə meyxanaçı Namiq Qaraçuxurluya qarşı dələduzluq edilib. 

 

Manset.az azxeber.com-a istinadən xəbər verir ki, bu haqda ifaçı şəxsi instagram hesabında məlumat verib.

Onlayn dələduzlar tanınmış simaların montaj olunmuş fotolarından və yalan xəbərlərdən istifadə edərək gəlir əldə edirlər. O cümlədən Namiq Qaraçuxurlu haqda həqiqətə uyğun olmayan xəbərlər hazırlayaraq bunu mesaj vasitəsilə insanlara göndəriblər. Xəbəri oxumaq üçün isə mesaja daxil olan zaman açılan mətndə qeyd olunan məlumatlara daxil olmaq tələb olunur. Bu zaman məqsəd vətəndaşların şəxsi məlumatlarını, bank hesablarını ələ keçirməkdir.

Sosial media hesabından izləyicilərinə səslənən Qaraçuxurlu insanlara bu cür saxta məlumatlara inanmamağı tövsiyə edib.


Xəbər xətti

19 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin