<

“Qanunsuz immiqrantlar ölkəni tərk etməlidirlər” – İran

17:00 - 25 Oktyabr 2023

“Qanunsuz immiqrantlar ölkəni tərk etməlidirlər” – İran

İranın daxili işlər naziri Əhməd Vahidi paytaxt Tehranda keçirilən kabinet iclasında əksəriyyəti əfqanların təşkil etdiyi ölkədə nizamsız mühacir problemi ilə bağlı açıqlamalar verib.

 

Manset.az-ın xarici mediaya istinadən xəbərinə görə, Vahidi ölkədəki qeyri-qanuni mühacirlərin deportasiya edilməli olduğunu və ölkələrinə göndərilənlərin geri qayıtmasının qarşısını almaq üçün təsirli mexanizmlərə ehtiyac olduğunu bildirib.

Vahidi, həmçinin, İranda anti-Əfqan əhval-ruhiyyəsinin yaşanmaması lazım olduğunu vurğulayıb.

O, bildirib ki, 1979-cu ildə Sovet İttifaqının Əfqanıstanı işğal etməsindən sonra İrana başlayan əfqan qaçqın axını ABŞ-ın işğalı, vətəndaş müharibələri və qeyri-sabitlik səbəbindən təxminən 42 ildir davam edir.

Xüsusilə, son illərdə təhlükəsizlik, siyasi və iqtisadi problemlərin yaşandığı Əfqanıstandan İrana qeyri-qanuni mühacirlərin intensiv axını müşahidə olunur.

İran rəsmiləri qeyri-rəsmi məlumatlara görə bildirirlər ki, ölkədə təxminən 5 milyon əfqan var və onların çoxu qeyri-qanuni mühacirdir.

Əfsanə

Manşet.az


Xəbər xətti

10 Dekabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin