Qətər bu ölkənin Fələstinlə bağlı mövqeyini yüksək qiymətləndirdi

16:35 - 25 Oktyabr 2023

Qətər bu ölkənin Fələstinlə bağlı mövqeyini yüksək qiymətləndirdi

Türkiyənin xarici işlər naziri Hakan Fidan Dohada Qətərin xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Al-Tani ilə birgə mətbuat konfransı keçirib.

 

Manset.az-ın xarici mediaya istinadən xəbərinə görə, Al-Tani Fələstin-İsrail münaqişəsində Fələstin xalqının hüquqlarını dəstəkləyən Türkiyənin mövqeyini təqdir etdiklərini bildirib.

Qətərin xarici işlər naziri ikili standart yanaşmaları tamamilə rədd etdiklərini bildirib:

“Mülki insanların öldürülməsi bir tərəfdən qınanıb, digər tərəfdən haqq qazandırıla bilməz. Qəzza zolağında yaşayan insanlara qarşı zülmə son qoymaq üçün kifayət qədər "hə" səsi tapa bilmirik. Humanitar yardım məsələsini siyasiləşdirib, sanksiyalar vasitəsinə çevirməyə çalışırlar".

İsrail rəsmilərinin Qətərə qarşı ittiham xarakterli açıqlamalarını pisləyən və onları "təxribatçı" adlandıran Əl Tani bildirib ki, Beynəlxalq hüququn pozulmasında (İsrail-Fələstin münaqişəsində) iştirak edən bütün tərəflər cavab verməlidir.  

Əfsanə

Manşet.az


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv