<

Həyatını itirən qadının körpəsi ana bətnindən sağ qaldı – VİDEO

16:06 - 25 Oktyabr 2023

Həyatını itirən qadının körpəsi ana bətnindən sağ qaldı – VİDEO

Mühasirəyə alınmış Qəzza zolağının cənubunda yerləşən Xan Yunus şəhərindəki Nasser xəstəxanasının həkimləri İsrail bombardmanı nəticəsində ölən ananın bətnindən körpəni xilas ediblər.

 

Manset.az-ın xarici mediaya istinadən xəbərinə görə, xəstəxananın yenidoğulmuşlar şöbəsinin həkimlərindən olan Esad en-Nawaciha verdiyi açıqlamasında hücumlarda həyatını itirən qadının körpəsinin ana bətnindən sağ qaldığını bildirib.

"Ranim Hicazi adlı hamilə qadın Nasser Xəstəxanasına ölü olaraq gətirilib. Döl tibb işçiləri tərəfindən ananın qarnından çıxarılıb və onun sağ olduğu müəyyən edilib. Biz dərhal lazım olanı etdik və onu həyata qaytardıq. O, hazırda küvəzdə saxlanılır”.

Qeyd edək ki, İsrailin Qəzza zolağına hücumları nəticəsində ölənlərin sayı 5 mini keçib.

Əfsanə

Manşet.az

 


Xəbər xətti

28 Noyabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin