Ötən ay bahalaşan məhsullar - SİYAHI
15 Yanvar 2025
15:45 - 25 Oktyabr 2023
Alman lüks avtomobil istehsalçısı Porsche 9 ayda əldə etdiyi maliyyə nəticələrini açıqlayıb.
Manset.az-ın xarici mediaya istinadən xəbərinə görə, alman avtomobil markası Porsche-nin açıqladığı mənfəət dəbdəbə tələbinin nə qədər yüksək olduğunu ortaya qoyub.
İstehsalçısının satışları yanvar-sentyabr dövründə keçən ilin eyni dövrünə görə yüzdə 12,1 artaraq 30,1 milyard avroya çatıb.
Sözügedən dövrdə şirkətin mənfəət marjası (mənfəətin dövriyyəyə nisbəti) 18,3 faiz təşkil edib. Mənfəət marjası ötən ilki 18,9 faiz səviyyəsindən bir qədər aşağı qalsa da, hədəflənən 17-19 faiz aralığında idi.
Şimali Amerika və Avropada güclü tələbat şirkətin Çin bazarına satış itkisini kompensasiya edib.
Açıqlamada Porsche-nin bu il üçün 40-42 milyard avroluq satış hədəfi də təkrarlanıb.
Əfsanə
Manşet.az
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin