<

Deputat, nazir müavini, indi də icra başçısı - DOSYE

15:29 - 25 Oktyabr 2023

Deputat, nazir müavini, indi də icra başçısı - DOSYE

Xəbər verdiyimiz kimi, prezidentin sərəncamı ilə Firdovsi Əliyev Samux Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

 

Manset.az xəbər verir ki, F.Əliyev 1961-ci il mayın 5-də Lerik rayonunun Monidigah kəndində anadan olub. 1983-cü ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin coğrafiya-biologiya fakültəsini bitirib.

1995-2000-ci illərdə Milli Məclisin deputatı olub. 2002-ci ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyində Ekoloji Siyasət İdarəsinin rəisi və 2003-cü ildə Ekspertiza İdarəsinin rəisi işləyib.

2004-cü ildən 2023-cü ilin mart ayına qədər ekologiya və təbii sərvətlər nazirinin müavini, daha sonra nazirin müşaviri vəzifəsində çalışıb.


Xəbər xətti

10 Dekabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin