Bəzi fermerlərə əlavə subsidiyalar veriləcək
17 Noyabr 2024
13:07 - 28 Sentyabr 2021
"Pensiya hüququna malik ailə başçısı vəfat etdiyi halda həmin şəxsin ailəsinə pensiya təyin olunur".
Manset.az xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondunun Pensiya Təminatı Departamentinin müdiri Eyvaz İsmayılov məlumat verib.
Onun sözlərinə görə, vəfat edən şəxsin yaşına uyğun mütləq əmək stajı olmalıdır.
"Vəfat etmiş şəxslərin 30 yaşa qədər 5 il, 30 yaşdan sonra hər növbəti il üçün 4 ay sığorta stajı olduqda ailə üzvləri həmin şəxsin pensiyası ilə təmin oluna bilərlər. Ailə üzvlərindən biri yaşa görə pensiya alırsa (qadınlarda 62.5, kişilərdə 65 yaş) və ya 1-ci və 2-ci dərəcəli əlliliyi varsa, vəfat edən şəxsin pensiyası da həmin ailə üzvünə təqdim olunur".//margin
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin