İngiltərə şikayətlərə baxmayaraq bu sayt haqqında tədbir görmür

15:15 - 25 Oktyabr 2023

İngiltərə şikayətlərə baxmayaraq bu sayt haqqında tədbir görmür

İngiltərə hökumətinə gələn çoxsaylı xəbərdarlıqlara baxmayaraq, səlahiyyətlilər intihara sövq edən saytla bağlı hələ də tədbir görməyib.

 

Manset.az-ın xarici mediaya istinadən xəbərinə görə, 88 intiharla əlaqəli olan sayt bu günə qədər 40 ölkəyə 1200 intihar paketi satıb.

Ən gənc qurbanının 17 yaşı olan saytın 40 min ziyarətçisi var. Saytda dünya üzrə 2 milyondan çox mesaj paylaşılıb. Anonim fəaliyyət göstərən saytı kimin təsis etdiyi məlum deyil.

Adı açıqlanmayan saytın İngiltərədə ən azı 50 nəfərin ölümünə səbəb olduğu bildirilib. Qurbanların ailələrinin araşdırma tələb etməsinə baxmayaraq sayt hələ də açıq qalır.

Əfsanə

Manşet.az


Xəbər xətti

15 Yanvar 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin