Uzun ömrün sirri bu qadının DNT-də gizlidir

14:42 - 25 Oktyabr 2023

Uzun ömrün sirri bu qadının DNT-də gizlidir

Dünyanın ən yaşlı insanı 116 yaşlı ispaniyalı Maria Branyasın genlərinin uzunömürlülüyünə təsirini müəyyən etmək üçün onun DNT-si araşdırılır.  

 

Manset.az-ın xarici mediaya istinadən xəbərinə görə, ailəsində 90 yaşdan yuxarı çoxlu insan olan yaşlı qadının DNT-si uzun ömür sürməyin sirrini ortaya çıxarsa, bundan digər insanların ömrünü uzadacaq dərmanların istehsalında istifadə oluna bilər.

Maria Branyasın yaşına görə eşitmə itkisi və yerimə çətinliyindən başqa səhhətində heç bir problem yoxdur. Onun nə ürək, nə də yaddaş problemi var. Hətta 4 yaşından bəri yaşadığı əhvalatları dünən olmuş kimi danışa bilir. 2020-ci ildə koronavirusa yoluxmuş Mariya Branyas xəstəlikdən problemsiz xilas olub.

Maria Branyas uzun yaşamaq istəyənlərə “zəhərli insanlar”ı həyatlarından uzaqlaşdırmağı və “həddindən artıq şeylərdən” uzaq durmağı tövsiyə edib.

116 yaşlı  qadın artıq uzun ömrün sirrini araşdıran elmi araşdırmanın bir hissəsidir.

Əfsanə

Manşet.az

 


Xəbər xətti

15 Yanvar 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin