İsrail qüvvələri işğal altındakı İordan çayının qərb sahilində HƏMAS liderləri də daxil olmaqla ən azı 80 fələstinlini saxlayıb.
Manset.az-ın xarici mediaya istinadən xəbərinə görə, bu barədə Fələstin Məhbuslar Dərnəyi məıumat yayıb.
Açıqlamada bildirilib ki, İordan çayının qərb sahilində oktyabrın 7-dən bu yana nəzarətə alınanların sayının 1350-yə yüksəlib.
Mövcud məlumatlara görə, oktyabrın 7-dən bəri İsrail həbsxanalarında olan fələstinli məhbusların sayı, ən azı 50 qadın və 1600-dən çox “inzibati məhbus” olmaqla, təxminən 6600 nəfərə çatıb.
Əfsanə
Manşet.az