Avstraliya baş nazirliyi Rusiya-Ukrayna müharibəsində istifadə üçün Ukraynaya 20 milyon dollar dəyərində yerli istehsal olan hərbi texnika göndərdiklərini açıqlayıb.
Manset.az-ın xarici mediaya istinadən xəbərinə görə, əlavə yardım paketinə Avstraliyanın müdafiə sənayesi şirkətləri olan DroneShield, Micro-X, Minelab və SPEE3D tərəfindən istehsal olunan portativ rentgen cihazları, 3D metal printerlər, pilotsuz uçuş aparatları əleyhinə sistemlər və minatəmizləmə avadanlıqları daxildir.
Bu yardımla Avstraliyanın 24 fevral 2022-ci il tarixində başlayan müharibədən bu yana Ukraynaya etdiyi ümumi yardım 910 milyon dollara çatıb.
Əfsanə
Manşet.az