Если бы не это, то самолет в Актау не упал бы: СМИ
Во Владимире тренер попала в больницу после слов Бастрыкина

Dünya Müsəlman Alimləri Birliyi İslam ölkələrinə çağırış etdi

13:25 - 25 Oktyabr 2023

Dünya Müsəlman Alimləri Birliyi İslam ölkələrinə çağırış etdi

Dünya Müsəlman Alimləri Birliyi İslam ölkələrinin liderlərini İsrailin blokada altındakı Qəzza zolağına hücumlarını dayandırmaq üçün addımlar atmağa çağırıb.

 

Manset.az-ın xarici mediaya istinadən xəbərinə görə, İslam ölkələrinin liderlərinə ünvanlanmış bəyanat birliyin öz saytında dərc edilib.

Bəyanatda Qəzza zolağında qadınlara, uşaqlara və qocalara qarşı soyqırım kimi dəhşətli cinayətlərin törədildiyi, xəstəxanalara, məscidlərə və kilsələrə zərbələr endirildiyi, su, elektrik, qida və dərmanların kəsilməsinin qarşısının alındığı vurğulanıb.

Açıqlamaya görə, hər cür öldürücü silahlardan istifadənin davam etdiyi Qəzzada 6 minə yaxın insanın öldürüldüyü, 15 minə yaxınının isə yaralandığı, soyqırım və insanlığa qarşı cinayətlərin törədildiyi diqqətə çatdırılıb.

Bəyanatda Qərb liderlərinin İsrailin bütün cinayətlərini “özünümüdafiə” zəminində dəstəklədiyi vurğulanıb. Beləki, Fələstin Qəzzadakı müqavimət qruplarının da 7 oktyabr hücumlarında qanuni müqavimət haqqına sahib olduğu ifadə edilib.

Bəyanatda İslam ölkələrinin liderlərindən Qəzzaya edilən hücumları dərhal dayandırmaq üçün İsraillə diplomatik və iqtisadi əlaqələri kəsməyə çağırılıb və hücumların dayandırılmaması halında növbəti addımın hücum edən ölkələrə qarşı da oxşar addımların atılması olduğu qeyd edib.

Açıqlamada dünya neftinin 50 faizinin İslam ölkələrində olmasına baxmayaraq, Qəzza zolağında xəstəxanaları işlətmək üçün yanacağın olmaması, fələstinlilərin ehtiyacları üçün qurudan və havadan yardım əməliyyatlarına başlanılması tələb edilib.

Əfsanə

Manşet.az


Xəbər xətti

8 Yanvar 2025
Если бы не это, то самолет в Актау не упал бы: СМИ
Во Владимире тренер попала в больницу после слов Бастрыкина
Читать новые слухи и содержании Ефремова в тюрьме: богатеет?
Во Владивостоке мужчина выскочил из авто и избил дедушку
Все, у кого в дате рождения это число — срочно знать что делать
Пользователи Ozon, Wildberries, AliExpress это больше нельзя
В 2025 году россияне вынуждены платить еще больше за счета
В Грузии был похищен мужчина из России: полиция нашла тело
В России завод подал в суд на Минобр на сумму более 100 миллионов
Прогноз по звездам на все ключевые политические события

Ən son xəbərləri səhifəmizdən də izləyin