Antarktidada ilk dəfə bu virus müşahidə edildi

13:05 - 25 Oktyabr 2023

Antarktidada ilk dəfə bu virus müşahidə edildi

Alimlər Antarktidada ilk dəfə quş qripi (H5N1) virusunun aşkar edildiyini açıqlayıblar.

 

Manset.az-ın xarici mediaya istinadən xəbərinə görə, H5N1 virusu Britaniyanın dəniz kənarındakı ərazisinin bir hissəsi olan Quş adasında leş yeyən bir quş növündə aşkar edilib.

Elm adamları qitədə ilk dəfə rast gəlinən virusun Antarktidanın zəngin canlı aləminə dağıdıcı təsir göstərə biləcəyini düşünürlər.

Britaniya Antarktika Tədqiqat İnstitutundan (BAS) Ashley Bennison bildirib ki, bu, çox acınacaqlı bir vəziyyətdir. Bennison risk qiymətləndirmə hesabatında bölgədəki pinqvinlərlə yanaşı, xəz suitilər, dəniz aslanları, skua və qağayıların da risk altında olduğu qeyd edib.  

Əfsanə

Manşet.az

 


Xəbər xətti

9 Yanvar 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin