Türkiyədə ATV-də həftə içi hər gün yayımlanan “Müge Anlı ile Tatlı Sert” verilişində gərgin anlar yaşanıb.
Manset.az-ın xarici mediaya istinadən xəbərinə görə, ağacda asılmış halda tapılan bacısının ölümündə əsas şübhəli kimi göründüyü üçün günlərdir proqramda yer alan və "Kişilərdən nifrət edirəm" sözləri ilə diqqət çəkən Nazmiyə adlı qadın verilişin mühafizəçisinə İnstaqram hesabından mesaj yazıb.
Canlı yayımda vəziyyətə münasibət bildirən Müge Anlı Nazmiyəyə “Azmış qudurmuşsunuz”, deyərək reaksiya verib.
Nazmiyə mesajda Yılmaz adlı mühafizəçiyə "Niyə həmişə önümə keçirsən? Cavab ver, sənə vacib bir şey deyəcəm” ifadəsini işlədib.
Müge Anlı bildirib ki, həqiqətən bu dövrdə kişi olmaq çətindir və Yılmazı qucaqlayaraq, "Sizi həqiqətən təbrik edirəm. Başqa bir şey yazsaydı, bu uşağı burada istəməyə bilərdim" deyib.
Nazmiyə həmin an studiyanı tərk edib.
Əfsanə
Manşet.az