Beynəlxalq ictimaiyyətin çağırışlarına baxmayaraq, İsrail ordusu Qəzzaya yanacağın daxil olmasına icazə verməyəcəyini bir daha bəyan edib.
Manset.az-ın xarici mediaya istinadən xəbərinə görə, İsrail Müdafiə Nazirliyi Qəzzada yanacaq anbarı olduğunu iddia etdiyi ərazinin peyk fotosunu paylaşaraq, "Bu yanacaq anbarları Qəzzanın içərisindədir. Onlarda 500.000 litrdən çox yanacaq var. Həmasdan bir az alıb ala bilməyəcəyinizi soruşun", deyə bildirib.
Qəzzaya humanitar ehtiyacların məhdud girişini təsdiqləyən İsrail yanacağın daxil olmasına icazə verməyib.
İsrail Ordusunun sözçüsü Daniel Hagari Qəzza şəhərində yaşayan fələstinli mülki vətəndaşlardan cənuba getmələrini və qida, dərman, elektrik və suyun Qəzzanın cənubuna təhlükəsiz şəkildə çatacağını, lakin yanacaq verilməyəcəyini deyib.
Əfsanə
Manşet.az