Məşhur azərbaycanlı müğənni 1 milyon ziyana düşdü - FOTO

09:24 - 25 Oktyabr 2023

Məşhur azərbaycanlı müğənni 1 milyon ziyana düşdü - FOTO

Müğənni Fədayə Laçın Moskvada oğlu Əhləmlə işlətdiyi restoranı bağladığını açıqlayıb.

Manset.az Qaynarinfo-ya istinadən xəbər verir ki, bu haqda sənətçi "Rəngarəng səhər" verilişinə müsahibəsində deyib.

Rusiyaya köçüb orada musiqi fəaliyyətini davam etdirən sənətçi restoran biznesi ilə vidalaşdığını söyləyib:

"Rusiyaya təzə gedəndə restoran biznesinə əl qoyduq, amma sonradan gördük ki, bu iş bizlik deyil. Bu restoran işinə Əhləmə görə başladıq ki, o iş adamı olsun. O da şair, incəsənət adamıdır. Dedi ki, "ana məndən iş adamı olmaz”. Sonra da gördük ki, restoran biznesi bizlik deyil və onu bağlamağa qərar verdik".

F.Laçın restorana görə hətta borca-xərcə düşdüyünü bildirib:

"Bəli, borca düşdük, amma zamanında restoranı bağlamasaydıq, daha çox ziyana düşərdik. Elə ona görə də restoranı bağladıq. 1 milyon rubldan bir az artıq (17800 manat) ziyana düşdük. Ömür boyu mən ziyana düşə-düşə gedirəm".

Sənətçi təməlli Vətənə geri dönəcəyi ilə bağlı suala belə cavab verib: "Bax, bunu deyə bilmərəm. Bunu Allah bilir. Gələcək haqqında bir söz deyə bilmirəm. Allah nə zaman qismət edərsə, qayıdaram Bakıya. Amma hələ Moskvadayam".

Fədayə Moskvada özünə ev almadığını deyib: "Hələ ev almamışam. Çünki orada hər şey bahadır. Ev almaq heç də asan iş deyil. Amma planlarımda var və məqsəd də odur".

Sənətçi Azərbaycan şou-biznesi ilə maraqlanmadığını bildirib:

"Heç kimi izləmirəm və heç kimdən xəbərim də yoxdur. Şou-biznesdə baş verən hadisələrdən xəbərim yoxdur. Onlar heç mənə maraqlı da deyil. Kimə lazımdır axı? Heç maraqlı da deyil".



Xəbər xətti

19 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin