<

Polşa Prezidentinin maşınından izləmə cihazı çıxdı

01:14 - 25 Oktyabr 2023

Polşa Prezidentinin maşınından izləmə cihazı çıxdı

Polşa Dövlət Təhlükəsizlik Xidməti ölkə prezidenti Anjey Dudanın kortejindəki avtomobillərdən birindən izləmə cihazı aşkarlayıb.

 

Manset.az xəbər verir ki, bu barədə Polşanın tvn24 telekanalı məlumat yayıb.

Bildirilir ki, cihaz təxminən 1 həftə əvvəl maşına yerləşdirilib.

O əlavə edib ki, izləmə sensorunun tapıldığı avtomobil prezidentin Ukraynaya səfərlər zamanı da istifadə edilib.

Məlumata görə, Polşa prezidentinin korteji üç maşından ibarətdir: Plkə başçısı birində olur, digər ikisi isə mühafizəçi kimi onu qabaqda və arxada müşayiət edir.


Xəbər xətti

7 Dekabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin