Azərbaycanlı hakim ÇL oyunlarını idarə edəcək

20:53 - 24 Oktyabr 2023

Azərbaycanlı hakim ÇL oyunlarını idarə edəcək

Avropa Voleybol Konfederasiyası azərbaycanlı hakimə təyinat göndərib.

 

Manset.az  xəbər verir ki, beynəlxalq dərəcəli hakim Eldar Zülfüqarov oktyabrın 24-dən 26-a kimi Serbiyanın paytaxtı Belqradda kişi voleybolçular arasında keçiriləcək Çempionlar Liqasının birinci təsnifat mərhələsinin ikinci qrupunun matçlarında hakimlik edəcək.

Zülfüqarov 3 gün davam edəcək oyunları bolqarıstanlı Konstantin Yovçevlə birgə idarə edəcək.


Xəbər xətti

28 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin