Nazir məşhur Xalq artistinin evinə niyə getdi? - FOTO

18:43 - 24 Oktyabr 2023

Nazir məşhur Xalq artistinin evinə niyə getdi? - FOTO

Azərbaycanın mədəniyyət naziri Adil Kərimli bu gün görkəmli muğam ustadı, bu il anadan olmasının 85 illiyi qeyd olunan Xalq artisti, Prezident təqaüdçüsü Arif Babayevi evində ziyarət edib.

 

Manset.az  xəbər verir ki, bu haqda Mədəniyyət Nazirliyi məlumat yayıb.

Bildirilib ki, nazir Arif Babayevin əlamətdar yubileyinin müxtəlif tədbirlərlə qeyd edildiyini deyib, Prezident İlham Əliyevin 21 fevral 2023-cü il tarixli sərəncamı ilə onun “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”na layiq görülməsinin sənətkarın fəaliyyətinə göstərilən diqqətin təzahürü olduğunu vurğulayıb. 

Sonra dövlət təltifi xanəndəyə təqdim edilib.

Arif Babayev sənətinə verilən yüksək qiymətə və Azərbaycan muğamının inkişafına göstərdikləri diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığını bildirib.




Xəbər xətti

19 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin