Dünyada məlum olan ən böyük tək parça meteorit: Temperaturu heç vaxt dəyişmir

17:04 - 24 Oktyabr 2023

Dünyada məlum olan ən böyük tək parça meteorit: Temperaturu heç vaxt dəyişmir

Cənubi Afrika ölkəsi Namibiyada yerləşən Hoba Meteoriti dünyada tanınan ən böyük tək parça, yaxşı qorunmuş göy cisimlərindən biridir. 

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Hoba Meteoritinin 80 min il əvvəl yerə düşdüyü təxmin edilir.

Meteoritin 1920-ci ildə ferma sahibi Yakobus Hermanus Brits adlı alman əsilli namibiyalı tərəfindən tarla qazarkən təsadüfən tapıldığı bildirilib.

Tapılan obyektdən götürülmüş bir parçanın sınaqları nəticəsində onun meteorit olduğu aşkar edilib. Daş ingilislər tərəfindən yerli dildə “tapdım” mənasını verən Hoba adlandırılıb.

Daş 80 faiz dəmir, 16 faiz nikel və 0,76 faiz kobaltdan ibarətdir.   

Meteoritin daxilində az miqdarda sink, litium, barium və karbon kimi digər elementlərin də yer alıb.

Əfsanə

Manşet.az

 


Xəbər xətti

21 Dekabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin