<

BQXK Vardanyan, Arutyunyan və digər separatçılara baş çəkdi

16:50 - 24 Oktyabr 2023

BQXK Vardanyan, Arutyunyan və digər separatçılara baş çəkdi

Oktyabr ayında BQXK əməkdaşları Azərbaycan tərəfinin haqqında məlumat verdiyi erməniəsilli şəxslərə baş çəkib.

 

Bu barədə Manset.az-a BQXK-nın Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova məlumat verib.

İ.Hüseynova qeyd edib ki, saxlanılan şəxslərlə təkbətək görüşlər keçirilib:

“Ailələri ilə əlaqələri yaradılıb. Mandatına uyğun olaraq, BQXK başçəkmələr zamanı saxlanılan şəxslərlə rəftarı və saxlanma şəraitini qiymətləndirir və onların ailələri ilə əlaqələrini bərpa etmək və ya davam etdirmək üçün şərait yaradır. BQXK-nın prosedurlarına uyğun olaraq, başçəkmələrlə bağlı müşahidələr və tövsiyələr yalnız saxlayan tərəflə paylaşılır, müzakirə edilir”.


Xəbər xətti

10 Dekabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin