Bu yaşayış məntəqələrində qaz kəsiləcək - XƏBƏRDARLIQ
21 Dekabr 2024
16:43 - 24 Oktyabr 2023
Yaxın Şərqdə şiddət və xaos davam edərkən ABŞ-ın “ən pis ssenari” olaraq hazırladığı əməliyyatın təfərrüatları ortaya çıxıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, ABŞ-ın nüfuzlu qəzetlərindən olan “Washington Post” ABŞ-ın gizli planının təfərrüatlarını dərc edib.
Qəzet bildirib ki, Qəzzada müharibə qızışarsa, ABŞ kütləvi təxliyə planları hazırlayır. Rəsmilər İsrail və Livanda yaşayan 600 mindən çox amerikalının təxliyəsi üçün təxliyə planının hazır olduğunu, lakin bu əməliyyatın ən pis ssenari olduğunu söyləyib.
ABŞ hökumətinin fövqəladə vəziyyət planından xəbəri olan dörd məmurun sözlərinə görə, Bayden administrasiyası Qəzzada axan qanın dayandırıla bilməməsi halında, yüz minlərlə Amerika vətəndaşının Yaxın Şərqdən təxliyyə edilməsinə ehtiyac ola biləcəyi ehtimalına hazırlaşır. ABŞ bu yaxınlarda İsrailin Qəzzada quru əməliyyatına başlamaması ilə bağlı bəyanatlar verdi.
Bildirilib ki, İsraildə 600 min ABŞ vətəndaşı, Livanda isə 86 min ABŞ vətəndaşı yaşayır.
Əfsanə
Manşet.az
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin