Bu şəxslər pensiyaya 5 il tez çıxacaq - VİDEO
23 Dekabr 2024
14:55 - 24 Oktyabr 2023
Braziliyada dəstə lideri Matheus da Silva Rezendenin polis tərəfindən öldürülməsindən sonra dəstə üzvləri tərəfindən "qisas" xarakterli hücumlar həyata keçirilib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, dəstə üzvləri Rio-de-Janeyro şəhərində azı 36 ictimai avtobusu, 4 yük maşını və 1 qatarı yandırıblar.
Hadisələr təxminən 1 milyon insanın yaşadığı Rio-de-Janeyronun ən azı 9 müxtəlif bölgəsində baş verib.
Rio-de-Janeyro əyalətinin qubernatoru Klaudio Kastro hadisələri "terror aktları" kimi qiymətləndirib və mütəşəkkil cinayətkarlıqla mübarizə aparacağını vəd edib.
Qubernator Kastro hücumlarla bağlı mütəşəkkil cinayət təşkilatlarına “dövlətə meydan oxumağa cəsarət etməmələri” barədə xəbərdarlıq edib.
Baş verən hadisələrə görə şəhərdəki ən azı 45 məktəbdə təhsil dayandırılıb.
Əfsanə
Manşet.az
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin