Prezident din xadimlərinə müraciət etdi
23 Dekabr 2024
14:05 - 24 Oktyabr 2023
İsrailli jurnalist Amira Hass ABŞ-ın “Democracy Now” telekanalının canlı yayımında İsrailin Qəzzada törətdiyi mülki qətliamı lənətləyib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, İsrailin “Haaretz” qəzetinin əməkdaşı Hass ölkəsinin bütün dünyanın gözü qarşısında Fələstin xalqına qarşı soyqırım törətdiyini, bir çox Qərb dövlətləri, xüsusən də ABŞ-ın İsrailin qətliamına nəinki susduğunu, hətta bu vəhşiliyə şərik olduğunu və bu qətliamı qızışdırdığını bildirib.
Hass Qərb ölkələrinin Qəzza xalqının soyqırımı ilə bağlı səssiz qalmasına üsyan edərək, "Bu dəhşətli qətliamı dayandırmaq üçün heç bir şey etmədən necə kənarda dayanıb necə seyr edə bilirlər?" sözləri ilə reaksiya verib. İsrailli jurnalist "Mən Qəzzada 2 milyondan çox insan əziyyət çəkərkən burada oturub danışmağa belə dözə bilmirəm. Hazırda orada baş verənlərə heç nə haqq qazandıra bilməz", deyərək göz yaşlarına hakim ola bilməyib.
Hassın sözlərinə görə, hazırkı soyqırım planı 2017-ci ildə qüvvəyə minib. Bu planın ilk mərhələsi fələstinlilərə "Tamamilə bizə təslim olun, evinizdən, vətəninizdən əl çəkin deməkdən ibarət idi. Bunu etsəniz, əsla azad olmayacaqsınız və vətəndaşlıq hüququnuz olmayacaq, İsrail torpağında 5-ci və 6-cı dərəcəli insanlar kimi sakit yaşayacaqsınız”, - idi. İkinci seçim fələstinlilərin o torpaqları tamamilə tərk etməsi idi. Başqa yerə köçəcəkdilər. Əgər bunları qəbul etməsələr 3-cü variant aktiv ediləcəkdi və beləliklə, İsrail ordusu nəzarəti ələ keçirəcəkdi. Bu, “Əgər təslim olmasanız, köçməsəniz və müqavimət göstərsəniz, İsrail ordusu sizə nə edəcəyini bilir” demək idi. “İsrail hazırda 3-cü variantı həyata keçirir” deyən Hass işğalçı İsrailin bunu çoxdan planlaşdırdığını bildirib.
Əfsanə
Manşet.az
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin