Min illik türk məzarında möhtəşəm kəşf - Qədim genlərə DNT araşdırması

12:08 - 24 Oktyabr 2023

Min illik türk məzarında möhtəşəm kəşf - Qədim genlərə DNT araşdırması

Min il sonra qazıntılar zamanı üzə çıxarılan Amasiyadakı Oluz kurqan qazıntılarında tapılan türklərin məzarları qədim genlərə DNT araşdırması ilə işıq tutacaq.  

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, İstanbul Universiteti Arxeologiya Bölümü müəllimi, Oluz Höyük Qazıntı Başçısı Prof. Dr. Şevket Dönmez 100-dən çox skelet üzərində genetik tədqiqatların aparılmasının planlaşdırıldığını bildirib.

Şevket Dönmez, “Oluz Höyükdə Anadoluya gələn Türkiyə Türklərinin əcdadlarının ilk və ən erkən bioloji qalıqlarını tapmaqdan həyəcanlıyıq. Bunlar üzərində inkişaf etdiriləcək qədim gen və DNT araşdırmalarından çox əhəmiyyətli nəticələr əldə edəcəyimizi düşünürük" deyib.

Türkiyədə indiyədək habloqrup əsasında Oğuz kurqanları ilə bağlı heç bir araşdırma aparılmadığını deyən Dr. Şevket Dönmez dünyada, xüsusilə, R1a və R1b habloqrupları ilə bağlı müzakirələr getdiyini qeyd edib:

“Bunlardan hansının hind-avropalılara, hansının türklərə aid olması ilə bağlı elm aləmində çox mühüm müzakirələr gedir. Burada görəcəyimiz iş habloqrup araşdırmalarının həllində çox mühüm addım olacaq. Qazıntılarda ölənlərin bir qisminin Kurqan ənənəsinə görə dəfn edildiyini anladıq. Biz burada onların qədim adət-ənənələrini əks etdirən, eyni zamanda İslam adət-ənənələrini mənimsəmiş məzarlarını aşkar etdik".

Qazıntılar zamanı min illik türk qəbiristanlığında və Qırğızıstandakı Süttuu-Bulak qəbiristanlığında olan ölülərin ayaqlarına əşya qoyularaq oxşar şəkildə basdırıldığı aşkar edilib.   

Bin yıllık Türk mezarında büyük keşif Tartışmalara son noktayı koyacak

Əfsanə

Manşet.az


Xəbər xətti

23 Dekabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin