Kremlin içindən aldığı xəbərləri ilə tanınan müxalif nəşr olan General SVR Rusiya prezidenti Vladimir Putinin ötən gecə infarkt keçirdiyini iddia edib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Telegram-da yayımlanan xəbərdə Rusiya prezidentinin iqamətgahında ürəyinin dayandığı, həkimlərin müdaxiləsi nəticəsində yenidən həyata qayıtdığı deyilir.
İddialara görə bazar günü axşam saat 21.05 radələrində iqamətgahda çalışan məxfi xidmət əməkdaşları düşmə səsini eşitdikdən sonra Putinin otağına daxil olub və Rusiya liderini yerə yıxılaraq qısılmış halda görüblər. Agentlərin dərhal iqamətgahdakı həkimləri çağırdığı, həkimlərin isə Putinin infarkt keçirdiyini bildirdikləri vurğulanıb.
Rusiya prezidentinin vəziyyətinin stabil olduğu, 24 saat həkim nəzarətində olduğu yazılıb.
General SVR, həmçinin, iddia edib ki, Putinin son görüşlərində onun “dublyoru” iştirak edib.
Xəbərlə bağlı Kremldən açıqlama verilməyib.
Əfsanə
Manşet.az