Fələstin münaqişəsində İsrailə dəstəyi ilə tanınan İngiltərədə bir qatar maşinisti metrodakı anons sistemi üzərindən "Azad Fələstin" şüarı səsləndirib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, haqqında araşdırma başlanan sürücü London İctimai Nəqliyyat İdarəsi tərəfindən vəzifəsindən uzaqlaşdırılıb.
Maşinistin metro sistemindən sui-istifadə etdiyi bildirilib.
Kadrlarda sürücünün şüarlar səsləndirdikdən sonra, "Ümid edirəm ki, hamınızın bu gün xoş gün keçirirsiniz. Özünüzə diqqət edin. Bütün bu insanları dualarınızdan əskik etməyin” deməsi də əks olunub.
Əfsanə
Manşet.az