Rəhim Rəhimlinin anası: "Bütün günü onunla danışıram..."

22:41 - 23 Oktyabr 2023

Rəhim Rəhimlinin anası:

"Allah heç kimə bala dərdi göstərməsin. Mənim balam getdi. Çox yaxşı oğul, çox yaxşı qardaş idi".

 

Manset.az  teleqraf.com-a istinadən bildirir ki, bu sözləri "O üz" verilişində mərhum müğənni Rəhim Rəhimlinin anası deyib: "Soruşurdum ki, ay oğul, niyə özünə, sağlamlığına diqqət etmirsən? Cavab verirdi ki, "mənə heç nə olmaz. Allah məni çox istəyir". Allah yanına apardı. Mənim ömrümü azaltdı. İndi mən yaşamıram, bütün günü ürəyimdə Rəhimlə danışıram.

Evdə xəstəliyini heç kimə bildirmirdi. Gülüb, danışırdı. Səbrsiz insan idi, üç gündən artıq klinikada qala bilmirdi. Elə bil, özünə yer tapa bilmirdi. Dərmanlarını vaxtında qəbul etmirdi. Son günlərdə normal idi. Studiya açmışdı, onunla məşğul idi. Deyirdi, 50 yaşdan çox yaşamayacam. Heç 50-yə də çatmadı. Səhhəti pisləşdi, təcili yardım gəldi. Nəfəsi çatmırdı. Ürək çatışmazlığından vəfat etdi. Heç nə deyə bilmədi..."


Xəbər xətti

19 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin