“ABŞ Ukraynaya sülh sazişi imzalamağa icazə vermədi” - Almaniyanın keçmiş baş naziri

15:19 - 23 Oktyabr 2023

“ABŞ Ukraynaya sülh sazişi imzalamağa icazə vermədi” - Almaniyanın keçmiş baş naziri

2022-ci ildə Rusiya və Ukrayna diplomatları prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə İstanbulda bir araya gələrək sülh danışıqları aparsalar da, müzakirə masasında heç bir sülh razılaşması olmayıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Almaniyanın i Şröder ABŞ-ın Ukraynanın sülh müqaviləsi imzalamasına icazə vermədiyini açıqlayıb.

Almaniyanın “Berliner Zeitung” qəzetinə verdiyi müsahibədə Şröder İstanbuldakı danışıqlara vasitəçilik etməsinin ondan istəndiyini deyib.

Şröder Ukrayna nümayəndələrinin NATO-da iştirak kimi bəzi mövzularda güzəştə getməyə hazır olduğunu ifadə edib. Həmçinin, keçmiş baş nazir "Ukraynalılar sülh müqaviləsini icazə verilmədiyi üçün qəbul etmədilər. Müzakirə etdikləri hər şeyi amerikalılardan soruşmaq məcburiyyətində idilər” deyib.

Şröder Vaşinqtonun strategiyasını “ölümcül” adlandırıb və deyib:

“Amerikalılar Rusiyaya təzyiq edə biləcəklərinə inanırdılar. İndi ABŞ-ın məhdudlaşdırdığı iki aktor, Rusiya və Çin güclərini birləşdirir. Amerikalılar hər ikisini nəzarət altında saxlamaq üçün kifayət qədər güclü olduqlarını düşünürlər. Mənim fikrimcə, bu səhvdir. Görün Amerika tərəfi necə dağılır. Konqresdəki xaosa baxın.”

İstanbuldakı görüşlərdə Zelenskinin Krım və Donbasdakı separatçı bölgələrlə bağlı güzəştə getməyə hazır olduğunu bildirən Şröder Qərbi Avropanın sülh fürsətini əldən verdiyini bildirib.

roder.jpg

Əfsanə

Manşet.az

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az