Yaxın vaxtlarda Azərbaycanla müqavilələr imzalanacaq - Ərdoğan

21:14 - 21 İyun 2021

Yaxın vaxtlarda Azərbaycanla müqavilələr imzalanacaq - Ərdoğan

İnanıram ki, Şuşa ən qısa zamanda tamamilə yeni bir sima qazanacaq.

Manset.az  xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin növbəti iclasından sonra açıqlama verərkən deyib.

"Şuşa Bəyannaməsi ilə iki ölkə arasındakı əlaqələrdə yeni dönəm başlayıb. Yaxın vaxtlarda Azərbaycanla bir çox müqavilələr imzalanacaq və qardaşlığımızın hüquqi təməlini daha da gücləndirəcəyik".

R.T.Ərdoğan Şuşaya gedərkən yol boyu işğal və müharibə dövrünün ağır nəticələrini gördüklərini qeyd edib.

"Hər yanın neçə məhv edildiyini müşahidə etdik. Bütün dünya, Minsk qrupu, Qərb ölkələri gəlib 30 ildə buraların nə hala düşdüyünü görməlidir.

İnanıram ki, şəhərin və infrastrukturunun yenidən qurulduğu bu bölgə ən geci bir il ərzində tamamilə yeni bir simaya sahib olacaq. Bu qətiyyəti, inamı Prezident İlham Əliyevdə gördüm.

İnşallah işğaldan azad edilən Qarabağ torpaqları qısa zamanda çiçəklənəcək. İllərdir vətən həsrəti çəkən qardaşlarımızın tezliklə evlərinə qayıtması üçün Türkiyə olaraq üzərimizə düşən işi etməyə hazırıq və bunu davam etdirəcəyik.

Ermənistan qarşısına çıxacaq fürsəti dəyərləndirərsə, bölgənin sülh və sabitliyindən ən çox fayda götürənlərdən biri olacaq"


Xəbər xətti

23 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin