Türkiyədə illər əvvəl “Popstar” yarışmasına qatılan və sonradan Bülent Ersoyla evliliyi ilə tanınan Armağan Uzun sənət həyatından ayrılaraq gözdən uzaqlarda biznes ilə məşğul olur.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, lift ticarəti ilə məşğul olmağa başlayan Armağan Uzun həyatını İzmir Torbalıda davam etdirir.
Digər tərəfdən Uzunun ağarmış saçları social mediada diqqəti cəlb edib.
Qeyd edək ki, Bülent Ərsoyla evliliyi ilə gündəm olan Armağan Uzun boşandıqdan sonra verdiyi açıqlamada "Bülent Ersoy musiqi həyatımın gələcəyi ilə bağlı vədlər verdi və mənə evlənməyi təklif etdi. O an çarəsizlikdən təklifi qəbul etdim”, - demişdi.
Əfsanə
Manşet.az